TÖVSİYƏ XƏBƏRLƏR

Daha 73 Füzuli sakini doğma yurduna qayıdır – FOTO

Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu barədə APA 15 sentyabr tarixində xəbər verib.

Sentyabrın 15-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə – 73 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib.

Köçürülənlər, əsasən, Bakı, Sumqayıt və Abşeron ərazisində, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda müvəqqəti məskunlaşanlardır.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx