Azərbaycanın daha bir paraatleti Rüfət Rəfiyev iyulda Fransanın paytaxtı Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya qazanıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 27 may tarixində xəbər verir.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, o, İsveçrənin Notvil şəhərində keçirilən Qran-pridə bürünc medal əldə etməklə buna nail olub.
R.Rəfiyev nüvə itələmə (F36) üzrə 13.68 metr nəticə göstərərək, üçüncü yerə sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl yığmanın digər üzvləri Rasim Yaxin, Ömər Bozbaxov və Səid Nəcəfzadə dünya çempionatında iştirakı təmin ediblər.