Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Daha bir qazimiz Türkiyədən Vətənə geri qayıdıb

Türkiyədə müalicə alan qazimiz İmanlı Vahid Taleh oğlu Vətənə geri qayıdıb. Bu barədə İnsanoid “YAŞAT” Fonduna istinadən bu gün, 18 mart tarixində xəbər verir.

Bildirilib ki, V.İmanlı 2 il müddətində Türkiyədə müalicə alıb. Fond tərəfindən müalicə xərcləri qarşılanıb.

Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-sının müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilir.

“YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

qazimiz İmanlı Vahid Taleh
Foto Yaşat fondunun rəsmi Facebook səhifəsi

1 COMMENT

guest
1 şərh
Inline Feedbacks
Bütün şərhlər
Anonim
Anonim
20 Mart 2023, 9:27

Çox şükür, sevinc göz yaşlarını saxlaya bilmədim. Lakin 10min qazidən 178 çox azdır. Digərləri, lap ağırları nə vaxt göndəriləcək. Allah kömək eləsin təşkilatçılara

1
0
Rəy bildirinx