Daha iki qazi müasir protezlərlə təmin edilib

Vətən müharibəsinin daha iki iştirakçısı – Mingəçevir şəhər sakini Abdulla Abdullayev və Qazax rayon sakini Abbas Yusifov protezlərlə təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sentyabrın 3-də məlumat yayıb.

Abdullayev Ağdam rayonu uğrunda döyüşlərdə yaralanaraq ayaqlarını itirib. O, “Cəsur döyüşçü” və “Ağdamın işğaldan azad olunmasına görə” medalları ilə təltif edilib.

Yusifov isə Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə yaralanaraq sol ayağını itirib. O da 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Hər iki qaziyə əlilliyə görə aylıq sosial ödənişlər verilir.

Nazirlik 2020-ci ilin dekabr ayından indiyədək 140-dan çox hərbçini müasir protezlərlə təmin edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Daha iki qazi müasir protezlərlə təmin edilib”

Tövsiyə xəbərlər