Abşeron rayonunun Hökməli qəsəbəsində dəm qazından zəhərlənən qadın 9 gün sonra ölüb. Bu barədə Report 8 fevral tarixində məlumat verib.
Yanvarın 29-da 49 yaşlı Məlahət Rəhimova yaşadığı fərdi yaşayış evində qonşuları tərəfindən dəm qazından zəhərlənmiş vəziyyətdə aşkar edilib.
O, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin aldığı müalicəyə baxmayaraq, fevralın 7-də ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.