Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 27 may tarixində xəbər verir.
Gecə saatlarında Bakı şəhərinin Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə 1 nəfər batma təhlükəsi ilə üzləşib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1998-ci il təvəllüdlü Aşırov Kənan İbarət oğlu FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən xilas edilib.