Suraxanı rayonunun Bülbülə qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyitinin qalıqları tapılmış Nurəli Abdullayevlə vida mərasimi keçirilib. Bu barədə Report 25 avqust tarixində xəbər verib.
Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Nurəli Hacıbaba oğlu Abdullayev dəfn olunub.
Mərhum yaylım atəşi və Dövlət Himninin sədaları altında Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidlərin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhid Nurəli Abdullayevin məzarına tər güllər düzülüb.