TÖVSİYƏ XƏBƏRLƏR

Daşkəsən polisi şəhidlərin qadın ailə üzvlərini təbrik edib

Daşkəsən polisi 8 Mart münasibətilə şəhidlərin qadın ailə üzvlərini təbrik edib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 8 mart tarixində xəbər verir.

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrini ziyarət edib, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın qadın ailə üzvlərini təbrik ediblər. Gətirdikləri hədiyyələri onlara təqdim ediblər.

Polis əməkdaşları, həmçinin onların qayğıları ilə maraqlanıblar.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə, öz minnətdarlıqlarını bildiriblər.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx