Avqustun 22-i saat 11:00 radələrində Daşkəsənin Bayan kəndində 58 yaşlı sakin 29 yaşlı gəlinini bıçaqlayaraq öldürüb. Bu haqda Baş Prokurorluq məlumat paylaşıb.
Qayınata qadını şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qətlə yetirib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb. Əməli törədən şəxs saxlanılıb.