Daşkəsən rayonunda internetin verilməsində problemlər yaranıb. Bu barədə Report 5 yanvar tarixində məlumat verib.
Gəncə-Daşkəsən magistral data kanalında baş vermiş qəza sakinlərin internetsiz qalmasına səbəb olub. Xəttin qırılması səbəbindən hazırda daxili telefonların istifadəsində fasilələr yaranıb.
Bir neçə saatdır yaranmış problemin bərpası üçün müvafiq işlər davam etdirilir.