TÖVSİYƏ XƏBƏRLƏR

Daşkəsəndə leysan yağışları üç kənddə fəsadlar törədib

Daşkəsən rayonunda güclü yağış fəsadlar törədib. Bu haqda avqustun 4-də yerli icra hakimiyyətindən APA-ya məlumat verilib.

Avqustun 3-də saat 21:00 radələrində dolu və güclü leysan yağışları sel suları yaradıb. Nəticədə Alaxançallı, Almalı və Yolqullar kəndlərində keçid körpülərə, yollara, evlərə, əhalinin əkin sahələrinə ziyan vurulub.

Hadisə zamanı həlak olan və yaralanan qeydə alınmayıb.

Qeyd edək ki, iyunun 10-da Daşkəsəndə leysan yağışları və çaylarda sel sularının çoxalması nəticəsində dörd körpü dağılmışdır. Kəndlərdə elektrik enerjisi təchizatı tam yararsız vəziyyətə düşmüşdür.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx