Daşkəsəndə narkotik alverçisi tutulub. Bu haqda bu gün, 23 mart tarixində İnsanoid Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Azərbaycanda və Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş Daşkəsən rayon sakini Elçin Bayramov narkotik alveri üstündə saxlanılıb. Onun üzərindən külli miqdarda “metamfetamin”, “heroin”, “tiryək” və “marixuana” aşkar edilib. O, narkotikləri İran vətəndaşından aldığını bildirib.
Faktla bağlı araşdırmalar davam edir.
