TÖVSİYƏ XƏBƏRLƏR

Daşkəsəndə nəsli kəsilməkdə olan bitkilər çoxaldılacaq

Daşkəsəndə “Çovdar” mədəninin ətrafındakı dağlarda nəsli kəsilməkdə olan bir sıra bitkilər çoxaldılacaq. Bu barədə “AzerGold” QSC-dən bildirilib.

Belə ki, “Qırmızı Kitab”a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsində olan  “Rosa Zangezura”, “Rosa Nisami”, “Pulverulenta” kimi itburnu növləri, həmçinin nadir dekorativ və dərman bitkisi olan “Frangula Grandiflora” aşkarlanaraq toxumları yığılıb.

Yığılan toxumlar xüsusi aqrotexniki qaydada Mərkəzi Nəbatat Bağının təcrübə sahəsinə səpilib və nəticədə təqribən 400 ədəd “Rosa Zangezura”, 450 ədəd “Rosa Nisami”, 267 ədəd “Pulverulenta”, 23 ədəd “Frangula Grandiflora” kolu yetişdirilib.

Layihənin yekun mərhələsi olaraq sözügedən kolların “Çovdar” mədəninin ətrafında yerləşən dağlarda əkilərək çoxaldılması nəzərdə tutulur.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx