Daşkəsən rayonunda silah-sursat aşkarlanıb. Bu barədə 13 noyabr tarixində APA məlumat verib.
Polis əməkdaşları ağ torbaya bükülü silah-sursat aşkarlayıblar. İlkin baxış zamanı silah-sursatın 1 ədəd Kalaşnikov markalı avtomat, həmin avtomata aid sandıq və 1 ədəd patron olması müəyyən olunub.
Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alaxançallı kənd sakinindən 1 ədəd müvafiq sənədləri olmayan, 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.