TÖVSİYƏ XƏBƏRLƏR

Daşkəsənli arıçı fermerlərə 120 arı ailəsi təqdim olunub

Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək layihəsi” çərçivəsində fermerlərə tam təchiz edilmiş 120 arı ailəsi təqdim olunub. Bu barədə aprelin 28-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.

Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən fermerlərə arılara yaz qulluğu, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə üçgünlük nəzəri təlimlər və praktiki məşğələlər keçirilib və sertifikatlar verilib.

Həmçinin Daşkəsən rayonu ərazisində nektar verən akasiya ağacları da əkilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx