Davosda azərbaycanlı ekofəallara dəstək nümayiş etdirilib

Davosda azərbaycanlı ekofəallara dəstək nümayiş etdirilib

İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumu çərçivəsində Şuşa-Xankəndi yolunda dinc aksiya keçirən azərbaycanlı ekofəallara dəstək nümayiş etdirilib. Bu barədə 21 yanvar tarixində Report Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat verib.

Bildirilib ki, azərbaycanlı fəallar Green Up təşkilatının Davosun mərkəzindəki Promenade küçəsində keçirdiyi dinc aksiyada iştirak ediblər.

Soydaşlarımız hazırda Şuşa-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəallar və vətəndaş cəmiyyəti nümayəndələri ilə həmrəylik göstərərək onların irəli sürdükləri tələbləri əks etdirən plakatları nümayiş etdiriblər.

Bundan başqa, küçəboyu yerləşdirilən şüarlar arasında “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarını dayandırın!”, “Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!” tələbləri də yer alıb.

Qeyd edək ki, ötən ilin dekabr ayından başlayan aksiya artıq 41-ci gündür davam edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx