Azərbaycanda müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat gündə iki dəfə pulsuz olmalıdır.
Report-un məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün, noyabrın 29-da keçirilən plenar iclasında deputat Naqif Həmzəyev çıxış edib.
O, eyni zamanda deyib ki, Bakıda tıxac probleminin qismən həll olunması üçün ictimai nəqliyyatda avtobusların sayı artırılmalıdır. “Biz payız tətilində gördük ki, Əhmədlidən paytaxtın mərkəzinə 15 dəqiqəyə gəlmək olur”, – deyə deputat bildirib.