TÖVSİYƏ XƏBƏRLƏR

DGK: aksiz markası olmayan siqaret aşkarlanıb

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yollarla ölkə ərazisinə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar ediblər. Bu barədə 27 may tarixində Dövlət Gömrük Komitəsi məlumat verib.

Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Naxçıvan şəhər sakinindən müxtəlif adlarda, ümumilikdə 182 960 ədəd aksiz markası ilə markalanmayan siqaretlər aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx