Bakıda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markası ilə markalanmayan 60 000 ədəd siqaret aşkarlanıb. Bu barədə Dövlət Gömrük Komitəsi avqustun 27-də məlumat yayıb.
Azərbaycan vətəndaşı paytaxtın Nəsimi rayonunda naməlum əşyaları öz avtomobilinə yığarkən saxlanılıb. Baxış zamanı avtomobilinin yük yerində qutularda gizlədilmiş “Marlboro” siqaretləri tapılıb.
Bundan əvvəl, avqustun 19-da aksiz markası olmayan 192 100 ədəd siqaret aşkar edilərək götürülüb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.