TÖVSİYƏ XƏBƏRLƏR

DİM: dövlət qulluğuna qəbul üçün ümumi müsahibə elan edilib

12 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elanı verilib. Bu barədə 6 yanvar tarixində Dövlət İmtahan Mərkəzi məlumat verib.

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 18-i dövlət qulluğu vəzifələrinin A növü (inzibati rəhbər), 18-i B növü vəzifələrinə (inzibati icraçı) aiddir.

Müsahibədə iştirak etmək istəyən namizədlər 6 yanvar 2023-cü il tarixindən 6 fevral saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Ümumilikdə ümumi müsahibəyə çıxarılmış 36 vakant vəzifənin 7-si inzibati vəzifələrin dördüncü təsnifatına, 15-i beşinci təsnifatına, 7-si altıncı təsnifatına, 7-si yeddinci təsnifatına aiddir.

1 COMMENT

guest
1 şərh
Inline Feedbacks
Bütün şərhlər
gate io 交易 所
gate io 交易 所
20 Yanvar 2023, 4:03

好文章!你的文章对我帮助非常大。谢谢!你觉得可以吗?我想把你的文章分享到我的网站:
gate io 交易 所

1
0
Rəy bildirinx