TÖVSİYƏ XƏBƏRLƏR

DİN: Ağdamda azad edilmiş ərazidə xeyli silah-sursat tapılıb

Ağdamda azad edilmiş ərazidə xeyli silah-sursat tapılıb.

Bu barədə 24 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Belə ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Çullu kəndi ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 minaatan qurğusu, 7 pulemyot, 4 avomat, xeyli sayda müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.