TÖVSİYƏ XƏBƏRLƏR

DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib

Cari il iyul ayının 30-dan başlamış məhərrəm ayında, o cümlədən avqustun 8-nə təsadüf edən Aşura günündə dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. Bu, Daxili İşlər Nazirliyinin avqustun 3-də vətəndaşlara edilən müraciətində deyilir.

Qeyd olunub ki, mərasim iştirakçılarının təhlükəsizliyi, məscidlərə rahat gediş-gəlişi üçün bütün lazımi tədbirlər görülür.

“Əhalinin epidemioloji salamatlığının təmin edilməsi üçün  mərasimlərin sanitariya normalarına uyğun təşkil edilməsi tövsiyə olunur. Piyadaların və yol hərəkətinin digər iştirakçılarının həyatına təhlükə yaradan, tıxaclara səbəb ola bilən hallara yol verilməməlidir”, – əlavə olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx