İçərişəhərin Qala divarlarında vandalizm aktı törədən şəxslər müəyyən olunub. Bu barədə iyulun 21-də Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi Zeyni Hüseynov məlumat verib.
Onun sözlərinə görə, həmin yazılar bir müddət əvvəl yazılıb.
“Yazıların təmizlənməsi mütəxəssislər tərəfindən təmin olunacaq”, – deyə DİN nümayəndəsi bildirib.