Lənkəranda polisə müqavimət göstərən narkokuryerlər saxlanılıblar. Bu barədə 11 sentyabr tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən 14 kq-dan artıq narkotik vasitə çıxarılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinənlər – 21 yaşlı Vüqar Süleymanov və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə (332.2.1, 332.2.3 152.1) əvvəllər də məhkum olunmuş 25 yaşlı Əhməd Ömərovun üzərindən 1 kq-dan artıq heroin, 13 kq 300 qram qurudulmuş marixuana və 1 ədəd kəsici alət aşkarlanıb.
Onlardan biri saxlanılan zaman polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstərib və hadisə yerindən yayınmağa çalışıb. Bu cəhdin də qarşısı alınaraq, onların saxlanılması təmin edilib.
Araşdırmalarla V.Süleymanov və Ə.Ömərovun narkotik vasitələri “əmi” adı ilə tanıdıqları İran İslam Respublikasının vətəndaşı vasitəsilə Lənkəran şəhərindən paytaxta ayrı-ayrı şəxslərə çatdırılıb qanunsuz dövriyyəyə buraxılması məqsədilə əldə etdikləri müəyyən edilib.
Fakt üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.