TÖVSİYƏ XƏBƏRLƏR

DİN: ötən gün 66 cinayətin açılması təmin olunub

Mayın 31-də ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub. Bu barədə 1 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Axtarışda olduğuna görə ümumilikdə 175, o cümlədən borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx