TÖVSİYƏ XƏBƏRLƏR

DİN: ötən gün 70 cinayətin açılması təmin olunub

Mayın 25-də ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub. Bu barədə 26 may tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx