TÖVSİYƏ XƏBƏRLƏR

DİN: “Qarabağda yaşayan erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciət edənlər var”

“Qarabağda yaşayan erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciət edənlər var”.

Bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib. Bu barədə 23 sentyabr tarixində Report xəbər verib.

Onun sözlərinə görə, erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasına uyğun olaraq, vətəndaşlıq məsələlərinə baxılacaq: “Onların pasportlaşması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işi diqqətdə saxlanılır”.