Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb. Bu barədə 25 sentyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
İrandan qeyri-qanuni yolla Qazax rayonuna gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer, Sumqayıt şəhər sakini Cəlal Əzizov saxlanılıb.
O, Qazax rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni nağd pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.
Onun əlindəki qara rəngli çantadan 1 kq 11 qram heroin, 855 qram qurudulmuş marixuana, 15 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.