Noyabrın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 ədəd avtomat, 1 tapança, 13 qumbara, 7 qumbara alışdırıcısı, 17 patron darağı, 877 ədəd müxtəlif çaplı patron, 10 ədəd müxtəlif markalı ov tüfəngi və 4 ədəd süngü-bıçaq təhvil götürüblər.
Bu barədə 15 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Keçirilən əməliyyat tədbirləri ilə 15 ov tüfəngi və 49 ədəd patron aşkar edilərək götürülüb.