DİN: Yevlaxda narkotik və oğurluğa görə 10 nəfər saxlanılıb

DİN: Yevlaxda narkotik və oğurluğa görə 10 nəfər saxlanılıb

Yevlax rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməllərini törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb, onlardan 2 kiloqrama yaxın narkotik vasitə götürülüb. Bu barədə 21 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Bəhruz Eyvazov və Ruslan İsmayılov saxlanılıblar. B.Eyvazovun əlindəki sellofan bağlamaya baxış keçirilən zaman 1 kiloqramdan artıq marixuana, R.İsmayılovun evindən isə külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa, keçirilən tədbirlərlə oğurluq əməllərini törədən şəxslər tutulublar və onlardan narkotik vasitələr də götürülüb. Araşdırmalarla həmin şəxslərin rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Maksum Yusifov və Cabir Əmirov olduqları müəyyən edilib. M.Yusifov mağazalardan nəğd pul, C.Əmirov isə avtomobillərə məxsus akkumulyatorlar oğurlayaraq sakinlərə maddi ziyan vurublar. Saxlanılarkən onların üzərində aparılan axtarış zamanı müvafiq olaraq metamfetamin və heroin də aşkar edilərək götürülüb.

Həmçinin yanvar ayı ərzində keçirilən tədbirlərlə daha 6 nəfərdə müxtəlif növ narkotik vasitələr aşkar edilib. Həmin şəxslər də cinayət məsuliyyətinə cəlb ediliblər. Ümumilikdə isə 2 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx