Doktoranturaya fəlsəfə fənni üzrə qəbul imtahanı keçiriləcək

Sentyabrın 10-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək. Bu haqda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sərəncam imzalayıb.

Namizədlər qiymətləndirmənin keçirilmə qrafiki ilə AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrində tanış ola bilərlər.

İmtahan AMEA Mərkəzi Elmi Kitabaxanasının binasında saat 10:00-dan başlayaraq, 12:00-da və 14:00-da keçiriləcək.

İştirakçılar imtahanın başlamasından 30 dəqiqə öncə binaya daxil olmalıdılar.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Doktoranturaya fəlsəfə fənni üzrə qəbul imtahanı keçiriləcək”

Tövsiyə xəbərlər