TÖVSİYƏ XƏBƏRLƏR

Dörd rayonda 398 qanunsuz ağac kəsilib

Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində respublikanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Bu barədə 10 yanvar tarixində Baş Prokurorluq məlumat verib.

Araşdırma zamanı Ağdam, Balakən, Qusar və Ağsu rayonları ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində 398 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanaraq aidiyyəti istintaq orqanlarına göndərilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx