“DOST İş Mərkəzi” 40 nəfəri işlə təmin edib

“DOST İş Mərkəzi” tərəfindən icra olunan “İşsizin dostu” proqramı çərçivəsində 40 nəfər şəxs Hərbi Qənimətlər Parkında təmizliyin qorunması və abadlıq işlərin görülməsi məqsədi ilə işlə təmin olunub. Bu barədə 11 avqust tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.

“İşsizin dostu” proqramı vətəndaşlara ilkin peşə hazırlığı tələb etməyən ictimai faydalı işlərlə təmin olunmağa imkan verir. Proqrama qoşulmaq üçün vətəndaşlar ərazi üzrə məşğulluq mərkəzinə müraciət edib, “DOST İş Mərkəzinə” göndəriş almalıdırlar. Mərkəz tərəfindən işsizlər ictimai işlərə cəlb olunurlar. Onlarla əmək müqaviləsi bağlanılır. İctimai işlər 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müddət artırıla bilər. Ümumilikdə proqram çərçivəsində hazırda 56 min şəxs ödənişli ictimai işlərdə çalışır.

DOST agentliyi 2019-cu ildən fəaliyyətə başlayıb. Agentlik əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması və sürətləndirilməsi məqsədi ilə yaradılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx