17 avqust tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qəbul mərkəzlərində səyyar vaksinasiya təşkil edilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Səyyar briqadalar 1, 2, 3 və 4 saylı Bakı DOST Mərkəzləri, Abşeron DOST Mərkəzi, Nazirliyin vətəndaşların qəbulu otağlarında təşkil edilib. Səyyar məntəqələrdə yalnız “CoronaVac” vaksinindən istifadə olunur.
16 avqust tarixindən ƏƏSMN-də və DOST mərkəzlərində vətəndaşların qəbulu yalnız COVID-19 pasportu və ya “immunitet sertifikatı” ilə həyata keçiriləcək.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.