TÖVSİYƏ XƏBƏRLƏR

Dosta qürur, düşmənə gözdağı verən Xankəndi paradı – VİDEO

8 Noyabr – Zəfər Günündə müstəqil Azərbaycan tarixi boyu ilk dəfə Xankəndidə hərbi parad keçirilib. Bu barədə İnsanoid Azərtac-a istinadən bu gün, 8 noyabr tarixində xəbər verir.

Paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak ediblər.

Dövlət Bayrağı və Zəfər Bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları meydana gətirilib.

Sonra Vətən müharibəsində və antiterror tədbirlərində əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşadan hərbi qulluqçular tribunanın önündən keçiblər.

Tarixi ilkə şahid olan parada müdafiə nazirinin birinci müavini, general-polkovnik Kərim Vəliyev komandanlıq edib.

Xankəndidəki paradda erməni hərbi avtomobillərinin nömrələrindən hazırlanan lövhə nümayiş etdirilib.

Ali Baş Komandan İlham Əliyev Xankəndidə hərbçilərlə görüşüb.