"Dostluq Meşəsi"ndə 50 minə yaxın ağac əkilib

“Dostluq Meşəsi”ndə 50 minə yaxın ağac əkilib

Son həftə ərzində Cəbrayılın “Dostluq Meşəsi” adlandırılan sahəsinin, o cümlədən ətrafdakı terrasların 10 hektardan artıq ərazisində Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə 8100 ağac tingi əkilib. Bu barədə Report 23 yanvar tarixində məlumat verib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə Cəbrayıl rayonunda yaradılan “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin “Dostluq Meşəsi” adlandırılan sahəsində və ətrafdakı yamaclarda ötən ilin sonlarından etibarən ağacəkmə tədbirləri davam etdirilir.

“Bu günədək layihə çərçivəsində “Dostluq Meşəsi”nin və ətrafdakı yamacların 54 hektardan çox sahəsində 50 minə yaxın müxtəlif növ ağac tingi əkilib”, – o əlavə edib.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx