Diasporla İş üzrə Dövlət Komitəsi İstanbulda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib. Bu barədə 7 sentyabr tarixində dövlət qurumundan məlumat verilib.
Sentyabrın 23-dən oktyabrın 3-dək Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun binasında İstanbulda qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcək.
Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə bağlı şəhadətnamələrin (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) verilməsi və digər konsulluq əməliyyatları həyata keçiriləcək.
Qeyd edilən konsulluq əməliyyatlarını həyata keçirmək üçün zəruri olan sənədlərin siyahısı ilə buradan tanış olmaq olar.
Qəbul vaxtları şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək olacaq.
Vətəndaşlar aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
(+90) 850 800 0515, (+90) 506 595 32 40