TÖVSİYƏ XƏBƏRLƏR

Dövlət qulluğuna qəbul üzrə müsahibə mərhələsinə start verilib

Dövlət qulluğuna A və B növünə aid vakant inzibati vəzifələr üzrə qəbulun müsahibə mərhələsinə start verilib. Bu barədə sentyabrın 6-da Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İştirak etmək istəyənlər 5 oktyabr saat 18:00-dək saytda “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər “Dövlət qulluğu haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə cavab verməlidirlər.

Müsahibəyə buraxılmayanlara bu barədə portal vasitəsilə elektron bildiriş göndəriləcək.

Müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatlar sənəd qəbulu başa çatdıqdan sonra DİM-in portalında yerləşdiriləcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx