2022-ci ilin 11 ayı ərzində vətəndaş müraciətlərini araşdırarkən 95 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib.
Bu barədə 8 dekabr tarixində Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat verib.
Bildirilib ki, həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.