“Dream Tower” yaşayış kompleksində bədbəxt hadisə baş verib

“Dream Tower” yaşayış kompleksində bədbəxt hadisə baş verib

Bakıda fəhlə lift şaxtasına yıxılaraq ölüb. Bu barədə İnsanoid Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bu gün, 19 yanvar tarixində məlumat verib.

Yanvarın 18-i 1968-ci il təvəllüdlü Arazxan Xankişiyevin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırma zamanı A.Xankişiyevin Yasamal rayonu ərazisində inşa olunan “Dream Tower” yaşayış kompleksində fəhlə kimi işləyərkən liftin şaxtasına yıxılması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx