DSX: 8,5 kiloqram narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Avqustun 25-də keçirilən əməliyyat nəticəsində Füzuli rayon Arayıtlı kəndindən bağlama götürərək uzaqlaşmağa cəhd edən bir nəfər saxlanılıb. Bu barədə 26 avqust tarixində Dövlət Sərhəd Xidməti məlumat verib.

Saxlanılan şəxsin bağlamasına baxış zamanı içərisində ümumi çəkisi 8,5 kiloqram narkotik maddəyə oxşar vasitə və 8370 ədəd psixotrop tərkibli “preqabalin” həbləri aşkarlanıb.

Bundan əvvəl, 17 avqust tarixində İrandan Azərbaycana hərəkət edən bir nəfər saxlanılmışdır. Baxış zamanı onun çantasının içərisində 33 kiloqram narkotik vasitə aşkar edilmişdir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “DSX: 8,5 kiloqram narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb”

Tövsiyə xəbərlər