TÖVSİYƏ XƏBƏRLƏR

DSX: axtarışda olan şəxs Azərbaycan-İran sərhədini pozarkən saxlanılıb

Azərbaycan-İran sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb. Bu barədə 16 noyabr tarixində Dövlət Sərhəd Xidməti məlumat verib.

Belə ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

“Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.