DSX: Azərbaycana 33 kq narkotik keçirmək istəyən şəxs saxlanılıb

Avqustun 17-də Beyləqan rayonunda yerləşən sərhəd xidməti ərazisində İrandan Azərbaycana hərəkət edən bir nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat verib.

Saxlanılan şəxsin Beyləqan rayon sakini olması müəyyənləşdirilib. Onun çantasına baxış zamanı içərisində 33 kiloqram narkotik vasitəyə oxşar maddələr və 314 ədəd psixotrop həblər aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “DSX: Azərbaycana 33 kq narkotik keçirmək istəyən şəxs saxlanılıb”

Tövsiyə xəbərlər