DSX-nin zabiti Astarada qəza törədərək həyatını itirib

Astara rayonunun Şahağacı kəndi ərazisində Dövlət Sərhəd Xidmətinin zabiti – baş leytenant qəza törədərək həyatını itirib. Bu barədə avqustun 15-də məlumat verilib.

Bakı sakini Əlihüseyn Əlizadənin idarə etdiyi “Mercedes” markalı avtomobil əvvəl qaz xəttinə, sonra isə işıq dirəyinə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən hərbçi ATV-nin aparıcısı Vüsalə Əlizadənin qardaşıdır.

DİN-in məlumatına əsasən, 2021-ci ilin birinci yarısında respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 290 nəfər həlak olub, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “DSX-nin zabiti Astarada qəza törədərək həyatını itirib”

Tövsiyə xəbərlər