DSX: Xəzərdə içərisində tütün məmulatları olan qayıqlar aşkarlanıb

Sentyabrın 21-də Xəzər dənizin sahilində rejim qaydalarını pozan 2 üzmə vasitəsi saxlanılıb. Qayıqlarda 48 680 qutu tütün məmulatları aşkar edilib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Salyan rayon istiqamətindən üzmə vasitələrinin gecə vaxtı icazəsiz olaraq dənizə çıxması barədə məlumat alınıb. Qeyd olunan əraziyə sərhəd gözətçi gəmisi göndərilib. Sahildən 1,6 mil məsafədə 2 nəfər heyət üzvü olan taxta tipli qayıq və mühərriksiz rezin qayıq saxlanılıb.

Daha öncə, avqustun 4-də Xəzər dənizinin cənubunda sərhəd gözətçi gəmisi tərəfindən 21 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “DSX: Xəzərdə içərisində tütün məmulatları olan qayıqlar aşkarlanıb”

Tövsiyə xəbərlər