TÖVSİYƏ XƏBƏRLƏR

DTX: 8 erməni hərbçi qarşı tərəfə təhvil verilib

Bu gün, 7 fevral tarixində 8 erməni əsilli hərbi qulluqçu Ermənistan tərəfinə qaytarılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, həmin şəxslərin bir qismi ötən ilin noyabrında Ermənistanın Kəlbəcər istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

“Bu addımın əvəzində Ermənistan birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir”, – deyə qurumdan əlavə edilib.