Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikası vətəndaşlarını seçərək, qanunsuz silahlı birləşmə yaradan şəxsi zərərsizləşdirib. Bu barədə İnsanoid DTX-nin mətbuat xidmətinə istinadən bu gün, 26 dekabr tarixində xəbər verir.
Ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək başqa adlarla müxtəlif dövlətlərin ərazilərində terror-təxribat əməllərinin törədilməsini təşkil etməkdə şübhəli bilnən Taleh Yusifov saxlanılaraq Azərbaycana ekstradisiya edilib.
İbtidai istintaq zamanı 55 yaşlı Azərbaycan Respublikasının vətəndaşı Yusifov Taleh Rəşid oğlunun şəxsi nüfuz və əlaqə imkanlarından istifadə edərək vətəndaşlarımızın İran İslam Respublikasının ərazisində yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsini üçüncü ölkə ərazisindən təşkilini həyata keçirməsi, bu istiqamətdə görülən işlərin gizliliyini və maliyyələşdirilməsini təmin etməsi, “Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilmişdir.
Taleh Yusifov 2016-cı ilin əvvəllərində İran ərazisinə keçib Yunis Səfərov (məhkum edilmişdir), Rövşən Əsədov və digərləri ilə birlikdə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində müxtəlif silahlarla hərbi təlimlərdə iştirak etmiş, həmin şəxslərlə birgə Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər keçmişdir.
Taleh Yusifov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmişdir.
İstintaqla Taleh Yusifovun xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunmuş və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilmişdir.
Hazırda cinayət işi üzrə aradırmalar davam edir.