TÖVSİYƏ XƏBƏRLƏR

Dünya Bankına yeni regional direktor təyin edilib

Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Sebastian Molineus vəzifəsindən azad edilib. Bu barədə Report 17 may tarixində xəbər verir.

Onun yerinə xanım Rolan Pris (Rolande Pryce) təyin edilib.

Əslən Yamaykadan olan R.Pris Dünya Bankının komandasına 2006-cı ildən qoşulub. O, bu təyinata qədər qurumun Ruanda üzrə ölkə meneceri vəzifəsini icra edib.

Yeni regional direktorun işə sentyabrın 1-də başlayacağı bildirilir.

S.Molineus 2019-cu ilin iyul ayından Cənubi Qafqaz ölkələri üzrə regional direktordur. O, bundan sonra fəaliyyətini Dünya Bankının ABŞ-nin paytaxtı Vaşinqtondakı ofisində strategiya və əməliyyatlar üzrə direktor kimi davam etdirəcək.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx