TÖVSİYƏ XƏBƏRLƏR

Dünya şöhrətli LP Bakıda konsert verəcək

Laura Pergolizzi adlı, LP ləqəbli amerikalı müğənni-bəstəkar ilk dəfə Bakıda çıxış edəcək. Konsert 30 sentyabr tarixində Bakı Konqres Mərkəzində keçiriləcək.

İfaçı 2021-ci ilin sonunda işıq üzü görən “Churches” adlı son albomundan yeni mahnıları nümayiş etdirəcək. Biletlər tezliklə iticket.az saytında satışa çıxarılacaq.

Tədbir saat 20:30-da başlayacaq.

LP 2001-ci ildə “Heart-Shaped Scar” adlı debüt albomunu buraxdıqdan sonra populyarlaşıb. Onun “Lost On You” klipi 461 milyon dəfədən çox izlənilib. Sənətçinin həmin mahnını canlı ifa etdiyi videosu isə YouTube-da 1 milyard baxış toplayıb.

Bəstəkar, həmçinin Rihanna, Christina Aguilera, Rita Ora, Backstreet Boys, Cher, Joe Walsh, Cher Lloyd, Ella Henderson və digər məşhurların mahnılarının müəllifidir.

1 COMMENT

guest
1 şərh
Inline Feedbacks
Bütün şərhlər
Anonim
Anonim
2 Avqust 2022, 12:33

Gəlsinnnn

1
0
Rəy bildirinx