TÖVSİYƏ XƏBƏRLƏR

DYP avtomobili yüksək sürətlə idarə edən sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Bu haqda 3 avqust tarixində Report məlumat paylaşıb.

İdarə etdiyiniz nəqliyyat vasitəsi ilə yollarda xüsusi texniki vasitələrə yaxınlaşdıqda sürəti azaldıb, daha sonra yenidən sürət rejiminə əməl etməməklə siz öz həyatınızı riskə atmış olursunuz”, – müraciətdə deyilir.

Bildirilib ki, yüksək sürət ağır və ya ölümlə nəticələnən qəza ehtimalını artırır. Belə ki, orta sürətin hər 1 km/saat artması ölümcül xəsarətləri 4%, ciddi xəsarətləri isə 3% artırır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx